3 azərbaycanlı alpinist itkin düşdü

Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb.

3 azərbaycanlı alpinist itkin düşdü
Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb.

meqale.com xəbər verir ki, bu barədə Sərabın Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat yayıb.

O, alpinistlərin yanvarın 15-də itkin düşdüklərini, Sərab və Təbrizdən olan alpinist və xilasetmə qruplarının onların axtarışına cəlb olunduqlarını bildirib.

Güclü qar yağması və çovğun səbəbindən axtarış işlərinin istənilən səviyyədə aparılmadığı da qeyd edilib.