32 yaşlı qadın "Miss Rusiya 2023" seçildi - FOTO
Moskvada evli qadınlar arasında "Miss Rusiya - 2023" Ümumrusiya gözəllik müsabiqəsinin finalı keçirilib.
meqale.com axşam.az-a istinadən bildirir ki, birinci yeri Gelendjik şəhərindən olan 32 yaşlı sakin Janna Spetsialnaya qazanıb. Bundan əvvəl o, "Xanım Gelendjik 2023" müsabiqəsinin qalibi olub.
"Müsabiqəyə dəyişmək üçün getdim. Həyatımda parlaqlıq istədim, analıq məzuniyyətindən gözəl çıxmaq istədim" deyə, qalib bildirib.
Baş mükafat kimi ona Maltaya bilet verilib. Janna ailəlidir və üç yaşında bir qızı var.