36 yaşlı kişi 19-cu mərtəbədən yıxılıb SAĞ QALDI - FOTOlar
Ukraynanın paytaxtı Kiyevin Dneprovski rayonunda 36 yaşlı kişi 19-cu mərtəbədən yıxılıb və aşağıda dayanan avtomobilin üzərinə düşüb.
meqale.com bildirir ki, bu barədə Dneprovski rayon polisindən məlumat verilib.
Məlumata görə, kişi sağ qalıb.
"Kişi yerli sakindir. Onun 36 yaşı var. O, 19-cu mərtəbədən yıxılıb və həyətdəki avtomobilin üzərinə düşüb. Kişi qapalı kəllə-beyin travması, qarın nahiyəsinin qapalı zədəsi, döş qəfəsinin zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, müstəntiqlər hadisənin baş vermə şəraitini araşdırırlar.