4-5 ay top üzünə həsrət qalacaq

"Bavariya"nın ulduzu Camal Musiala əməliyyat keçirib.

4-5 ay top üzünə həsrət qalacaq
"Bavariya"nın ulduzu Camal Musiala əməliyyat keçirib.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə yarımmüdafiəçi 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq.

O, klublararası dünya çempionatında PSJ ilə görüşdə ciddi zədələnmişdi.

Rəqib komandanın qapıçısı Canluici Donarumma ilə toqquşan Camal meydanı xərəkdə tərk etməyə məcbur olmuşdu.