45 illik həyat yoldaşından boşandı
Məşhur amerikalı aktrisa Meril Strip 1978-ci ildən evli olduğu həyat yoldaşı, heykəltəraş Don Qammerdən boşanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Page Six" yayıb.
Amerikalı cütlüyün 6 ildən çoxdur ki, ayrıldıqları məlum olub.
M.Strip və D.Qammerin sonuncu dəfə birlikdə 2018-ci ildə görüntüləndiyi vurğulanıb.