5 sığorta şirkətinə icrası məcburi göstəriş verildi
Azərbaycan Mərkəzi Bankı (AMB) beş sığorta şirkətinə icrası məcburi göstəriş verib.
meqale.com bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Atəşgah", "İpək Yolu Sığorta", "Paşa Sığorta", "Xalq Sığorta" və"Azərbaycan Sənaye Sığorta" şirkətlərinin "Sığorta fəaliyyəti haqqında" qanunda risklərin təkrarsığortalanması ilə bağlı müəyyən edilmiş tələblərin təmin edilmədiyi məlum olub.
Mərkəzi Bank bu məqsədlə sözügedən sığorta şirkətlərinə Qanunun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi olan göstəriş verilib.