50 dollara aldığı əsəri 30 milyona satdı
ABŞ-ın İndiana ştatında yaşayan qadının bəxti gətirib.
meqale.com lente istinadən bildirir ki, qadın cavan ikən 50 dollara aldığı rəsm əsərini evində yer olmadığı üçün satışa çıxarıb. Elə həngamə də bundan başlayıb.
Sən demə lüzumsuz hesab edilən əsər məşhur rəssam Albrext Dürerin (1471-1528) orijinal əsəridir. Söhbət "Oturmuş Müqədəs Məryəm ana və Uşağı gül dəstəsi ilə" adlı əsərdən gedir. 1506-cı ildə çəkilmiş rəsm hərracda 30 milyon dollara satılıb.