50 yaşlı kişi qadınları qəzəbləndirdi: "Yatağını alıb gəlsin" - FOTO

Ankarada 50 yaşlı təqaüdçü kişinin evinə qadın otaq yoldaşı axtardığı elanı sosial mediada böyük əks-səda yaradıb.

50 yaşlı kişi qadınları qəzəbləndirdi:
Ankarada 50 yaşlı təqaüdçü kişinin evinə qadın otaq yoldaşı axtardığı elanı sosial mediada böyük əks-səda yaradıb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, kişinin elanda qeyd etdiyi meyarlar və gözləntilər qadın hüquq müdafiəçiləri və vətəndaşlar tərəfindən tənqid edilib.

Kişinin  saytda verdiyi elanda 2+1 evinə xanım otaq yoldaşı axtardığını, təqaüdçü və işləyən bəy olduğunu, bütün lazımi əşyaların olduğunu yazıb.

O əlavə edib: "Gələcək olan qadın öz otağına girib qapısını bağlamalıdır" .

Elanda səmimi dost, sirdaş bir qadın axtardığını bildirib. 

"Xahiş edirəm, kişi qala bilməz?" və s. kimi lazımsız zənglər etməyin" yazılıb.

Elanı görən qadın hüquqları müdafiəçiləri kişinin qadın otaq yoldaşı axtarmasının seksist, təhqiramiz və əxlaqsız olduğunu bildiriblər.

Qadınların otaq yoldaşı axtararkən rastlaşdıqları bu cür reklamların qadınların təhlükəsizliyini və azadlığını təhdid etdiyini bildirən vəkillər reklamın silinməsini və kişi haqqında qanuni tədbir görülməsini tələb ediblər. 

Fidan meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun