500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi
Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada 1 686 müəllim iştirak edib. Onlardan attestasiya komissiyalarının qərarına əsasən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib.
meqale.com lente istinadla xəbər verir ki, müəllimlərdən 56 nəfər (11.4%) ali, 436 nəfər (88.6%) orta ixtisas təhsillidir.
56 nəfər ali təhsilli uğur qazanmayan müəllimlərdən 26 nəfəri Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Konservatoriyasının, 9-u Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 6-sı Azərbaycan Milli Konservatoriyası, 4-ü Naxçıvan Dövlət Universiteti, 1-i Lənkəran Dövlət Universiteti, 1-i isə Rəssamlıq Akademiyasının məzunlarıdır.