500 milyonluq sərvətindən övladlarına 1 qəpik də verməyəcək

Dünya şöhrətli aktyor Ceki Canın son açıqlaması geniş rezonans doğurub.

500 milyonluq sərvətindən övladlarına 1 qəpik də verməyəcək
Dünya şöhrətli aktyor Ceki Canın son açıqlaması geniş rezonans doğurub.

meqale.com xəbər verir ki, məşhur kino ulduzu 500 milyon dollara yaxın sərvətindən övladlarına heç bir pay qalmayacağını bildirib.

Aktyorun iki övladı var: oğlu Cey Si (Jaycee Chan) və nikahdankənar qızı Etta. Ceki Canın sözlərinə görə, övladları uzun illər atasının məşhur soyadına arxalanıblar və bu, onların həyat seçimlərinə mənfi təsir edib.

Etta Kanadada böyüyüb, cinsi orientasiyasını açıq şəkildə bəyan edib və kanadalı model ilə evlənib. Bu hadisələrdən sonra Ceki Canın qızı ilə münasibətlərinin kəskin şəkildə pisləşdiyi, hətta aktyorun onunla bütün əlaqələri kəsdiyi bildirilir.

Aktyor oğlu Cey Si barədə də sərt açıqlamalar verib. O, oğlunun varlı, lakin məsuliyyətsiz həyat tərzi seçdiyini deyərək belə ifadə edib:

"Cey Si mənim balaca şahzadəm idi. İkinci Ceki Can ola bilərdi".

Qeyd edək ki, Cey Si bir müddət qalmaqallar, həbslər və dəmir barmaqlıqlar arxasında qalması ilə gündəmə gəlib. Aktyor həmin dövrdə oğlunu ziyarət etmədiyini də etiraf edib. Ceki Can bu qərarını belə əsaslandırıb:

"Həbsxana onun ala biləcəyi ən yaxşı dərsdir".

Sonda aktyor sərvəti ilə bağlı yekun mövqeyini də açıqlayıb. O, bildirib ki, bütün var-dövləti xeyriyyə məqsədlərinə - kasıb uşaqların təhsili və sosial rifahı üçün sərf olunacaq: "Bütün pullarım xeyriyyə işlərinə gedəcək. Övladlarıma isə heç nə qalmayacaq".