Türkiyədə uçuşlar ləğv edildi, məktəblər bağlandı
Türkiyədə əlverişsiz hava şəraiti gündəlik həyata mənfi təsir göstərib. Güclü qar və soyuq hava səbəbilə bir sıra vilayətlərdə təhsil müvəqqəti dayandırılıb, uçuşlarda isə ləğvlər qeydə alınıb.
meqale.com xəbər verir ki, İstanbulda sabah gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar şəhər üzrə bütün təhsil müəssisələrində dərslər bir günlüyə dayandırılıb.
Bildirilir ki, təhlükəsizlik və nəqliyyatla bağlı risklər nəzərə alınaraq bu qərar qəbul olunub.
Mövcud hava şəraiti aviasiya sektoruna da təsir edib. Türk Hava Yolları (THY) təhlükəsizlik tədbirləri çərçivəsində 54 reysin ləğv edildiyini bildirib.
Səlahiyyətli qurumlar vətəndaşlara hava şəraitini nəzərə alaraq ehtiyatlı olmalarını və rəsmi açıqlamaları izləmələrini tövsiyə edir.