5000-ci Starlink peyki orbitə çıxarıldı
SpaceX şirkəti daha 22 Starlink internet peykini orbitə çıxarıb.
meqale.com lente istinadən bildirir ki, bu, SpaceX üçün əlamətdar missiya olub və şirkət tərəfindən indiyədək buraxılmış Starlink peyklərinin ümumi sayı 5 mini keçib.
Peyklər avqustun 26-da Florida ştatının Kanaveral burnunda yerləşən kosmodromdan Falcon 9 raketi ilə havaya qaldırılıb. Təxminən 8,5 dəqiqə sonra raketin ilk pilləsi Yerə qayıdıb.