53 yaşlı aktyor ilk dəfə ata oldu - FOTOlar

Məşhur türk aktyoru İlker Aksum ata olub.

53 yaşlı aktyor ilk dəfə ata oldu - FOTOlar
Məşhur türk aktyoru İlker Aksum ata olub.

meqale.com türk mediasına istinadən xəbər verir ki, o və həyat yoldaşı Dilay Ekmekçioğlu xoş xəbəri sosial mediada izləyiciləri ilə bölüşüblər.

İlk dəfə atalıq sevincini yaşayan 53 yaşlı aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına "Lila" adını verib.

Aktrisa Dilay Ekmekçioğlu körpəsinin ilk fotosunu paylaşaraq "Lilamızı qucağımıza aldıq. Dualarınızla..." sözlərini yazıb.

Qeyd edək ki, İlker Aksum və Dilay Ekmekçioğlu iki il sevgili olduqdan sonra 2023-cü ilin iyun ayında  evləniblər.