55 yaşlı kişi faciəvi şəkildə öldü
Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib.
meqale.com xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb.
O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.