“6-cı mərtəbədən şaxtaya düşdük” - VİDEO
Məlumat verdiyimiz kimi, ötən gün Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında yerləşən binanın liftində qəza baş verib.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə zamanı liftin içərisində olan bina sakinləri şaxtaya düşüb.
Nəticədə dörd nəfər xəsarət alıb.
Onlardan üç nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, biri isə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Liftin qırılması zamanı xəsarət alan şəxslərdən biri hadisənin necə baş verdiyini danışıb və hazırda sağlamlıq durumunun nə yerdə olduğunu söyləyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun