60 yaşlı kişini öldürən şəxs saxlanıldı

Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

60 yaşlı kişini öldürən şəxs saxlanıldı
Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə meqale.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.