61 yaşlı kişi körpüdən keçərkən çay dərəsinə yıxıldı - VİDEO
Gəncə şəhəri ərazisində vətəndaş Gəncə çayının dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalıb.
meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpünün üzərindən keçərkən ehtiyatsızlıqdan 20m hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çaydan çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.