70 yaşlı kişini avtomobillə vuran sürücünün kimliyi məlum oldu
Dekabrın 29-da Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücünün kimliyi məlum olub.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə 41-ci məhəllədə 2000-ci il təvəllüdlü Ağazadə Elvin Elçin oğlunun idarə etdiyi "Kia" markalı avtomobillə qeydə alınıb.
E. Ağazadə piyada, 1953-cü il təvəllüdlü Hacıyev Hacıalı Məcid oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, göstərilən müdaxilələrə baxmayaraq 4 gün sonra həyatını itirib.