9 ildir telefondan istifadə etmir

Britaniyalı müğənni Ed Şiran 9 ildir smartfondan istifadə etmir.

9 ildir telefondan istifadə etmir
Britaniyalı müğənni Ed Şiran 9 ildir smartfondan istifadə etmir.

meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi "Therapuss" podkastında danışıb. Aparıcı sonda Şirandan nömrə istəyərkən müğənni ona belə cavab verib:

"Mənim nömrəm yoxdur, yalnız elektron poçtum var. Onu verə bilərəm. 2015-ci ildən bəri nömrəm yoxdur. Bu yaxınlarda mənə "Boston Seltiks" oyununa gedərkən çəkiliş aparmaq üçün telefon verdilər, amma daha istifadə etmədim. Telefondan imtina etmişəm. 15 yaşımdan eyni nömrəni istifadə edirdim. Kitabçamda 10 minə yaxın əlaqə nömrəsi var idi. İnsanlar mənə davamlı olaraq nəsə yazırdılar və mən onlara cavab verməli olurdum.