AB bu halda Rusiyanın vəsaitlərini müsadirə edəcək
Avropa Birliyi (AB) Rusiyanın dondurulmuş aktivlərini yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın yenidən qurulması üçün ödəməkdən imtina edəcəyi təqdirdə müsadirə etməyi planlaşdırır.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Velt" nəşri məlumat yayıb.
Nəşr bildirir ki, AB Rusiya aktivlərinin müsadirəsinə mənfi münasibət bəsləyir. Qeyd olunur ki, Rusiya müharibə başa çatdıqdan sonra Ukraynaya təzminat ödəyənə qədər vəsaitlər üzərindən blok götürülməyəcək.