AB Ukrayna savaşının bahalığından şikayətlənir
Rusiya ciddi iqtisadi problemlərlə üzləşən Qərb güclərini geridə qoyub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı analitik və jurnalist Nil Uotson deyib.
O bildirib ki, Ukraynadakı vəziyyətə görə Avropa getdikcə parçalanır.
Ekspertin fikrincə, buna səbəb Kremlin anti-sanksiya addımları və siyasətidir:
"Getdikcə daha çox dövlət anlayır ki, bu konfliktə tezliklə son qoymaq üçün hər hansı qərar vermək gərəkdir. Bəzi AB ölkələri Ukrayna adından müharibə aparmağın bahalığından şikayətlənirlər".