Abbasın Nyu-York gəzintisi - FOTOlar
Əməkdar artist Abbas Bağırov ABŞ-a yollanıb.
meqale.com bizim.media-ya istinadən bildirir ki, Nyu-Yorkun məşhur "Manhattan Bridge" (Manhetton körpüsü) ətrafında dolaşan sənətçi orada çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Bağırov sözügedən paylaşımına "Bu Nyu-York səfərim də çox gözəl və yaddaqalan oldu. Dəvətiniz üçün sizə təşəkkür edirəm və çox xoş oldu, orada mənə əziz olan dostlarımı, doğmalarımı gördüm. İnşallah, tezliklə görüşənədək" şərhini yazıb.
Qeyd edək ki, A.Bağırov bir neçə dəfə okeanın o tayına səfər edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun