Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB

"Qarabağ"ın futbolçusu Abdullah Zubir xarici klublardan birinə keçmək ehtimalına münasibət bildirib.

Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB
"Qarabağ"ın futbolçusu Abdullah Zubir xarici klublardan birinə keçmək ehtimalına münasibət bildirib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 32 yaşlı yarımmüdafiəçi son zamanlar Fransa mətbuatında adının bir sıra xarici klublarla yanaşı hallanması haqda danışmaq istəməyib.

O bildirib ki, bu haqda danışmaq üçün mövsümün sonunu gözləmək lazımdır: "Bu barədə danışmaq düzgün olmaz. Fikrimcə, heç bir futbolçu mövsümün gedişində bu barədə danışmaq istəməz. Hansısa bir klubun dəvəti barədə mövzuya fikir bildirmək istəmirəm".