İtkin düşən imamın meyiti tapıldı - FOTO
Kastamonunun İnebolu rayonunda iki gündür itkin düşən imam İlker Topaloğlu ölü halda tapılıb.
meqale.com xəbər verir ki, 28 yaşlı İlker Topaloğlu noyabrın 1-də evdən çıxdıqdan sonra geri qayıtmayıb. Onun ailəsi vəziyyəti jandarmaya bildirdikdən sonra axtarışlara başlanılıb. Kamera görüntülərindən müəyyən olunub ki, Topaloğlunun idarə etdiyi avtomobil İnebolu-Abana yolu ilə rayon ərazisini tərk edib.
Axtarış nəticəsində İlker Topaloğlunun cəsədini İnebolunun Yakaboyu məhəlləsi yaxınlığında, 50 metrlik uçurumdan dənizkənar qayalıqlara düşmüş avtomobilin içərisində tapıblar.
Hadisə ilə bağlı istintaq başladılıb.