ABŞ-a qarşı terror: bazalar hazırlıq vəziyyətinə gətirildi

ABŞ-ın Avropadakı hərbi bazaları terror hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

ABŞ-a qarşı terror: bazalar hazırlıq vəziyyətinə gətirildi
ABŞ-ın Avropadakı hərbi bazaları terror hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onların fikrincə, terror hücumunun hədəfi ABŞ hərbçiləri və ya obyektləri ola bilər:

"Onlar 10 ildə ilk dəfədir ki, bu səviyyədə təhlükə ilə üzləşirlər. Hərbçilər ABŞ-ın Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqart da daxil olmaqla, döyüş hazırlığının səviyyəsini artırıb.

Təhlükəsizlik tədbirlərinin artırılmasına hansı kəşfiyyatın səbəb olduğu hələlik bəlli deyil".