ABŞ Ali Məhkəməsindən Trampın seçkidə iştirakı ilə bağlı - QƏRAR

ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib.

ABŞ Ali Məhkəməsindən Trampın seçkidə iştirakı ilə bağlı - QƏRAR
ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə Kolorado Məhkəməsinin bununla bağlı tətbiq etdiyi qadağanı ləğv edib.

"ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik", - məhkəmənin qərarında deyilir.

Xatırladaq ki, Kolorado Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan etmişdi. Tramp bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi.