ABŞ-da qəzaya düşən təyyarədə bu məşhurlar da olub - FOTOlar

Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində çox sayda fiqurlu konkisürən olub.

ABŞ-da qəzaya düşən təyyarədə bu məşhurlar da olub - FOTOlar
Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində çox sayda fiqurlu konkisürən olub.

meqale.com xaric mediaya istinadla xəbər verir ki, ABŞ-nin Fiqurlu Konkisürmə Assosiasiyası bununla bağlı məlumat yayıb.

Dünya çempionları Evgeniya Şişkova və Vadim Naumov oğlu Maksimlə birlikdə Vaşinqton yaxınlığında qəzaya uğrayan American Airlines təyyarəsində olublar.

ABŞ-da fiqurlu konkisürmə üzrə rəhbər orqan idmançıların, məşqçilərin və ailə üzvlərinin Kanzasda ABŞ çempionatları ilə birlikdə keçirilən milli inkişaf düşərgəsindən qayıtdıqlarını təsdiqləyib.