ABŞ-dan HƏMAS komandirlərinə qarşı sanksiya
ABŞ administrasiyası PUA-lardan istifadə edilən əməliyyatlara, həmçinin kiberməkanda hücumlara görə məsuliyyət daşıyan HƏMAS-ın 4 komandirinə qarşı sanksiyalar tətbiq edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
"ABŞ HƏMAS-ın qeyri-sabitliyi pozan terrorçuluq cəhdlərinin qarşısını almağa davam edəcək", - diplomat vurğulayıb.