ABŞ-dan Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi

ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi təqdim edib.

ABŞ-dan Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi
ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi təqdim edib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Məlumata əsasən, bu yardım tranşı Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) vasitəsilə ayrılacaq. Bu isə o deməkdir ki, ABŞ öz silahlarından deyil, Ukrayna üçün əlavə silahların sifarişi üçün bu vəsaiti xərcləyəcək.