ABŞ-də DƏHŞƏT: 1 ölü, 22 yaralı var

ABŞ-nin Kanzas şəhərində atışma olub.

ABŞ-də DƏHŞƏT: 1 ölü, 22 yaralı var
ABŞ-nin Kanzas şəhərində atışma olub.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Amerika Milli Futbol Liqasının qalibi olan "Kanzas Siti" klubunun çempionluq mərasimində baş verib.

Şəhər polisindən verilən açıqlamada, "Super Bowl" kimi tanınan çempionluğun qeyd edilməsi üçün şəhər meydanına toplaşan insanlar arasındakı izdihamda silah səsləri eşidilib.

Hadisə nəticəsində bir nəfər ölüb, 22-si isə yaralanıb.

Baş vermiş atışma ilə bağlı üç nəfər saxlanılıb.