ABŞ-də gəmi körpüyə çırpıldı - avtomobillər çaya düşdü

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin çırpılması nəticəsində 2,57 km uzunluğunda olan avtomobil körpüsü uçaraq suya düşüb.

ABŞ-də gəmi körpüyə çırpıldı - avtomobillər çaya düşdü
ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin çırpılması nəticəsində 2,57 km uzunluğunda olan avtomobil körpüsü uçaraq suya düşüb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Wtop News" radiostansiyası məlumat yayıb.

Bildirilib ki, yük gəmisi körpünün dayağına çırpılıb, alışıb və batıb.

Körpünün uçması nəticəsində bir neçə avtomobil çaya düşüb, onların sayı dəqiqləşdirilmir.