ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu

ABŞ-nin Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.

ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu
ABŞ-nin Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.

meqale.com xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

Məlumatda Yaponiya Hava Yollarına məxsus təyyarənin ABŞ-nin Delta şirkətinə məxsus təyyarəni vurduğu bildirilir.

İki təyyarənin toqquşması səbəbilə bəzi uçuşlar dayandırılıb. Nəşrin məlumatına görə, insident hava nəzarət zonasından kənarda baş verib.

ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma apardığını açıqlayıb.