ABŞ-də silahlı şəxs kilsədə uşaqlara atəş açdı - VİDEO
ABŞ-də silahlı şəxs kilsəyə daxil olaraq ibadət edənlərə atəş açıb.
meqale.com xarici mətbuata istinadla xəbər verir ki, hücum Miçiqan ştatında baş verib.
Ümumilikdə kilsədə təxminən 150 nəfər olub.
Bildirilir ki, hadisənin baş verdiyi vaxtda kilsədə şagirdlərə həsr olunmuş ibadət keçirilirmiş, buna görə də içəridə olanların əksəriyyəti uşaqlar olublar.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Hücum edən şəxs məhv edilib. Hadisə zamanı keşiş onu avtomobillə vurub, bu isə mühafizəçiyə onu zərərsizləşdirmək üçün imkan yaradıb.