ABŞ-də Trampı ölümlə hədələyən şəxs tutuldu

ABŞ-də Florida polisi keçmiş prezident Donald Trampı, Ohayo ştatından senator Ceyms Devid Vensi və ailələrini ölümlə hədələyən şəxsi həbs edib.

ABŞ-də Trampı ölümlə hədələyən şəxs tutuldu
ABŞ-də Florida polisi keçmiş prezident Donald Trampı, Ohayo ştatından senator Ceyms Devid Vensi və ailələrini ölümlə hədələyən şəxsi həbs edib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin məlumatında deyilir.

Bu, oxşar ittihamlarla həbs edilən ikinci Florida sakinidir - sonuncu dəfə hücumdan bir neçə gün əvvəl təhdid ismarışları buraxan yerli sakin tutulub.

Bundan əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkas Donald Trampa sui-qəsd cəhdinin təhqiqatında ifadə vermək üçün Konqresə çağırılıb.