ABŞ-dən Ermənistana yardım: Milyonlarla dollar ayrıldı

ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistana 52 milyon dollar yardım göstərməyi təklif edir.

ABŞ-dən Ermənistana yardım: Milyonlarla dollar ayrıldı
ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistana 52 milyon dollar yardım göstərməyi təklif edir.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

2025-ci maliyyə ili üçün büdcə layihəsində deyilir:

"Ukraynanı dəstəkləyin, Rusiyanın strateji uğursuzluğunu təmin edin".

Ermənistanın "iqtisadi və demokratik sabitliyi və Qərblə əlaqələrini gücləndirmək üçün" İrəvana maliyyə dəstəyinin veriləcəyi də qeyd olunur.