ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv etdi
HTŞ lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumat üçün təklif edilən 10 milyon dollar mükafat götürülüb.
meqale.com xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilir.
Suriyada keçid hökumətinin qurulmasından sonra ABŞ-ın ilk dəfə yüksək səviyyəli danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyi nümayəndə heyətinə başçılıq edən ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif əl-Colani ilə görüşün təfərrüatlarını açıqlayıb.