"ABŞ görünməmək üçün Fransanı qabağa verib"
Amerika tərəfi hər zaman bildirir ki, Azərbaycan strateji tərəfdaşıdır. Amma strateji tərəfdaşa belə davranırlar? Azərbaycan öz ərazilərini işğaldan azad edib. Beynəlxalq hüququ bərpa edib. 30 il ərzində Qərb dövlətlərindən biri də Ermənistana qarşı çıxmayıb, sanksiya qəbul etməyib. Amma biz görürük ki, indi biz torpaqlarımızı azad etdiyimizə görə təzyiqlər var.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, belə olan halda necə beynəlxalq hüquqdan söhbət gedə bilər? "Qərb dövlətləri indi niyə Azərbaycana qarşı çıxır? Çünki sən müsəlman dövlətisən, Türkiyə ilə "Şuşa bəyannaməsi"ni bağlamısan. Bu bəyannaməni qəbul etdikdən sonra Qərb tərəfinin yuxusuna haram qatıldı. İlk olaraq Fransa tərəfi buna qarşı çıxdı. Sonradan məlum oldu ki, bu sifariş Vaşinqtondan verilib.