ABŞ Gürcüstanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA

ABŞ hökuməti Gürcüstan ərazisində öz hərbi bazasını qurmağı planlaşdırmır.

ABŞ Gürcüstanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA
ABŞ hökuməti Gürcüstan ərazisində öz hərbi bazasını qurmağı planlaşdırmır.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Amerikanın Tbilisidəki səfirliyinin saytında məlumat verilib.

Belə ki, diplomatik missiya Vaşinqtonun Gürcüstan ərazisində hərbi baza tikmək niyyətində olduğu barədə bir sıra KİV-lərin bəyanatlarını şərh edib.

Eyni zamanda, ABŞ nümayəndələri qeyd ediblər ki, hər iki dövlət müdafiə sahəsində əməkdaşlığa dair keçmiş sazişlərə sadiq qalmaqda davam edir.

Vurğulanıb ki, ABŞ-Gürcüstan münasibətləri uyğunluğun artırılmasına, sonrakı təcavüzün qarşısını almaq və onun suverenliyini qorumaq üçün Gürcüstanı dəstəkləməyə əsaslanmaqda davam edir ki, bu da Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır.