ABŞ HƏMAS-a bağlı 10 əsas şəxsi qara siyahıya saldı

ABŞ HƏMAS-a bağlı şəxslərə və bir şirkətə yeni sanksiyalar tətbiq edib.

ABŞ HƏMAS-a bağlı 10 əsas şəxsi qara siyahıya saldı
ABŞ HƏMAS-a bağlı şəxslərə və bir şirkətə yeni sanksiyalar tətbiq edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın 10 əsas üzvü, yaraqlı və maliyyə vasitəçilərinə qarşı sanksiya tətbiq edib.

Qara siyahıya İordaniya, Fələstin, Misir və Sudan vətəndaşları, həmçinin "Buy Cash Money and Money Transfer" şirkəti daxil edilib.