ABŞ husilərə "Tomahavk"la zərbə endirdi
ABŞ Yəməndəki Husi üsyançılarının mövqelərinə zərbələr endirib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbçiləri ballistik qanadlı raketlərin olduğu ərazini vurmaq üçün "Tomahavk" raketlərindən istifadə edib.
Təfərrüatlı məlumat verilmir.