ABŞ ilin son yardımını Ukraynaya elan edəcək
ABŞ dekabrın sonunda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
"Biz hələ də bu ayın sonunda Ukrayna üçün bir yardım paketi planlaşdırırıq", - Kirbi bildirib.
Onun sözlərinə görə, Konqres əlavə vəsaitin ayrılması ilə bağlı qərar qəbul etməsə, ABŞ-ın Kiyev rejimini dəstəkləmək üçün artıq resursları olmayacaq.