"ABŞ İrana zərbə endirəcək" - Bu tarixdə...
ABŞ-nin yüksək vəzifəli rəsmiləri yaxın günlərdə İrana hərbi zərbə endirməyə hazırlaşır.
meqale.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, mümkün hücum 21 və ya 22 iyun tarixlərində baş tuta bilər. Lakin vəziyyətin dinamikliyi səbəbilə planların dəyişməsi də istisna edilmir.