ABŞ İranın bloklanmış aktivlərini açıb

ABŞ İranın 6 milyard dollarlıq aktivlərini açıb.

ABŞ İranın bloklanmış aktivlərini açıb
ABŞ İranın 6 milyard dollarlıq aktivlərini açıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Reza Farzin "X" ("Twitter") sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İran həmin məbləği məhbus mübadiləsi razılaşmasına əsasən ala bilib:

"Uğurlu diplomatik faəliyyət sayəsində İranın Cənubi Koreyada əvvəllər bloklanmış bütün aktivləri artıq açılıb. Yaxın vaxtlarda bu vəsaitlər vondan avroya çevrilərək Qətərdəki 6 İran bankının hesabına köçürüləcək. Bu vəsait sanksiyalara məruz qalmayan malların alınmasına yönəldiləcək".

Onun sözlərinə görə, ilkin olaraq Cənubi Koreya banklarında təxminən 7 milyard dollar saxlanılırdı. Bu vəsaitin bir neçə il ərzində İranın neft tədarükünün ödənilməsinə ayırması nəzərdə tutulurdu. Lakin Cənubi Koreya valyutasının dollara nisbətdə məzənnəsinin dəyişməsi səbəbindən İran yalnız 6 milyard dollar ala biləcək.