ABŞ işlərimizə qarışmasın - Japarov
Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa, gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, Japarov bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenə göndərdiyi cavab məktubunda bildirib.
"Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq, bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Tək xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasınlar", - o bildirib.
Qeyd edək ki, Blinken Qırğızıstan rəhbərinə məktub göndərərək, ölkədə qeyri-hökumət təşkilatları haqqında qanuna baxılmasından narahatlığını ifadə etmişdi. Blinken bu qanunun qəbulunun respublikanın vətəndaş cəmiyyətinin vəziyyətinə mənfi təsir göstərəcəyini bildirmişdi.