ABŞ İsrailə tank mərmisi satacaq

ABŞ İsrailə 106,5 milyon dollar məbləğində tank mərmilərinin mümkün satışını təsdiqləyib.

ABŞ İsrailə tank mərmisi satacaq
ABŞ İsrailə 106,5 milyon dollar məbləğində tank mərmilərinin mümkün satışını təsdiqləyib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, İsrail rəsmiləri ABŞ-dan 14 min tank mərmisi istəyib. Mərmilər ABŞ ordusunun ehtiyatlarından götürüləcək.

ABŞ-ın Dövlət katibi Antoni Blinken ABŞ Konqresinə bu sursatların İsrailə satılması zərurəti ilə bağlı ətraflı əsaslandırma təqdim edib.