ABŞ kosmosda silahların yerləşdirilməsini məhdudlaşdırmaq istəyir
Birləşmiş Ştatlar gələn həftə BMT Təhlükəsizlik Şurasına kosmosda nüvə silahının qadağan edilməsi ilə bağlı qətnamə təqdim edəcək.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.
"Gələn həftənin əvvəlində bu qətnaməni səsverməyə çıxaracağıq", - Kirbi qeyd edib.
Ağ Evdə hesab edirlər ki, bu qətnaməyə Rusiya da səs verməlidir.