ABŞ müdafiə naziri xəstəxanaya yerləşdirildi
ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat yayıb.
"Yanvarın 1-də axşam müdafiə naziri Lloyd Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib", - məlumatda deyilib.