ABŞ-nin bazası hücuma məruz qaldı

Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.

ABŞ-nin bazası hücuma məruz qaldı
Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.

meqale.com APA-ya istinadən bildirir ki, obyektin ərazisində bir neçə partlayış baş verib.

Hücuma görə məsuliyyəti "İraqın İslam Müqaviməti" şiə hərəkatı üzərinə götürüb.

Xatırladaq ki, ötən gün hərəkatın yaraqlıları Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını iki dəfə atəşə tutub.