ABŞ-nin şəbəkə üzvü, yoxsa "müstəqil media?"

44 günlük müharibədəki qələbə, ondan sonrakı proseslərin nəticəsi olaraq Xocalı, Xankəndiyə bayraq sancılması bir sıra ölkələrdə narahatlıq doğurub. Qərb və ABŞ aşkar surətdə Azərbaycanın uğurunu qısqandığını hər gün hər dəqiqə hiss elətdirir. Bu həm bəyanatlarda, həm sanksiya təkliflərində, həm məqalələrdə hiss olunur.

ABŞ-nin şəbəkə üzvü, yoxsa
44 günlük müharibədəki qələbə, ondan sonrakı proseslərin nəticəsi olaraq Xocalı, Xankəndiyə bayraq sancılması bir sıra ölkələrdə narahatlıq doğurub. Qərb və ABŞ aşkar surətdə Azərbaycanın uğurunu qısqandığını hər gün hər dəqiqə hiss elətdirir. Bu həm bəyanatlarda, həm sanksiya təkliflərində, həm məqalələrdə hiss olunur.

Son zamanlar ölkə gündəmindən "Abzas Media" düşmür. İddia olunur ki, "Abzas Media guya "müstəqil KİV qurumudur və direktor Ülvi Həsənli də məhz "həqiqəti yazdığına görə həbs edilib. "Sərhədsiz Reportyorlar" operativ şəkildə bəyanat yayaraq, bunu "müstəqil mediaya təzyiq" kimi qiymətləndirib. Müdafiə bəyanatlarında iddia olunur ki, guya "Abzas Media" "ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub".

Halbuki, reallıq tam fərqlidir. Belə bir sual yaranır: Bu qədər az oxucu kütləsi olan "Abzas Media"nın maliyyə mənbəyi haradan formalaşır? Əvvəla bildirək ki, Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV qurumunun legitim maliyyə mənbəyi reklam və elanlardır. KİV qurumu müstəqil fəaliyyət göstərməsi üçün ən azı 75 faizi reklam və elandan formalaşmalıdır. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından və sair qaynaqlardan yaranır. 

Elə sirr də bundadır. Hər hansı bir şəffaf maliyyə qaynağı olmayan "Abzas Media"da redaksiya ofisinin icarəsi, işçilərin əmək haqqı fondu, texniki avadanlıqlar təminatı və digər xərclər üçün zəruri olan vəsait necə ödənir? Halbuki, "Abzas Media" ölkədəki KİV-lərdən daha təminatlı görünür. 

Əldə etdiyimiz məlumatlara görə, bu qurumun qurucuları təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün "demokratik inkişafa dəstək vermək" adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatlar ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərləridir.

Bu bir daha sübut edir ki, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Onların məqsədi ölkədə hansısa inkişafa nail olmaq deyil. Onlar çalışır ki, xalq ilə hökumət arasında inamsızlıq yaransın. Niyyətləri cəmiyyəti parçalamaq, ölkədə qarşıdurma yaratmaqdır.

İslam meqale.com