“ABŞ Rusiya ilə münasibətlərimizin reallığına alışmalıdır”

Şimali Koreya bəyan edib ki, ABŞ onlarla Rusiya arasında yaranan münasibətlərin reallığına öyrəşməlidir.

“ABŞ Rusiya ilə münasibətlərimizin reallığına alışmalıdır”
Şimali Koreya bəyan edib ki, ABŞ onlarla Rusiya arasında yaranan münasibətlərin reallığına öyrəşməlidir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Pxenyan rəhbərliyi bu haqda ABŞ dövlət katibi Entoni Blinkenin Şimali Koreya-Rusiya əlaqələrini tənqid etməsinə münasibətində bildirib.

Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Blinkenin açıqlamalarının "ABŞ-nin iki müstəqil suveren dövlət arasında münasibətlərin inkişafı ilə bağlı xəstə bir vəsvəsə içində olduğunu" bir daha təsdiqlədiyi vurğulanıb.

Qeyd edək ki, noyabrın 9-da Cənubi Koreyaya səfəri zamanı ABŞ dövlət katibi Blinken Şimali Koreyanın Rusiya ilə inkişaf edən və təhlükəli hərbi əməkdaşlığından narahat olduqlarını bildirib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun